Tələbələr arasında kütləvi yoluxma olub? - ATU-dan açıqlama

23:49 15.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Tibb Universiteti (ATU) tələbələri arasında koronavirusa kütləvi yoluxma halının olması barədə yayılan məlumatlara münasibət bildirib.

Hafta.az xəbər verir ki, universitetdən "trend"ə verilən məlumata görə, tələbələr arasında kütləvi yoluxma yoxdur. İndiyədək ATU-nun yalnız bir fakültəsində - I Müalicə profilaktika fakültəsinin 6 qrupunda təhsil alan bir neçə nəfərdə COVİD-19-a yoluxma aşkarlanıb. Həmin qruplar distant təhsilə keçirilib:

"Digər fakültələrimizin heç birində yoluxma halları qeydə alınmayıb.

ATU-nun bütün tədris binaları mütəmadi olaraq dezinfeksiya olunur. Klinik baza üzrə əyani dərslərə gələn hər bir tələbənin temperaturu ölçülür".